Əsas səhifə » Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər

Fərid Mikayilov

Bakı. AzerVoice:

Yaxın vaxtlarda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər.

AzerVoice xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Növbəti görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur, amma düşünürəm ki, biz bunu yaxın vaxtlarda təşkil edəcəyik”, – o qeyd edib.

banner

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası yanvarın 31-də keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Bu sayca 6-cı görüş olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice