Əsas səhifə » Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.

AzerPress xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanınn Ofisindən bildirilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə edəcək.

banner

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice