Əsas səhifə » Azərbaycan dünya reytinqində 4 pillə irəliləyib

Azərbaycan dünya reytinqində 4 pillə irəliləyib

Laman Asadli

Bakı. AzerPress:

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, 2023-cü ilin beynəlxalq yarışlarının nəticələrinin nəzərə alındığı cədvəldə Azərbaycan 46-cı pillədə qərarlaşıb.

Ölkəmizin hesabında 367 xal var. Bu xallar 11 müxtəlif idman növündə əldə olunub.

banner

Yunan-Roma güləşində 95, sərbəst güləşdə 57, karatedə 54, boksda 52, cüdoda 27, batut gimnastikasında 25, taekvondoda 15, idman gimnastikasında 12, ağırlıqqaldırmada 12, atletikada 10, qılıncoynatmada 8 xal qazanılıb.

2022-ci ili komanda hesabında 50-ci yerdə başa vuran Azərbaycan bir il ərzində 4 pillə irəliləyib. Hazırda ölkəmiz Avropada 25-ci, kişilərin siyahısında 38-ci, qadınların cədvəlində 53-cüdür.

Qeyd edək ki, reytinqə 6018 xalla ABŞ başçılıq edir.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice