Əsas səhifə » Azərbaycan aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malikdir – “Boston Consulting Group”

Azərbaycan aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malikdir – “Boston Consulting Group”

admin

Bakı, AzerPress:

Azərbaycan aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malikdir.

AzerPress xəbər verir ki, bunu “Boston Consulting Group”un nümayəndəsi Stanislav Yankeleviç Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

“Artıq üçüncü enerji keçidi gedir və onu dəstəkləməklə bağlı əksər ölkələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün, aşağı karbon keçidini təmin etmək məqsədilə dörd trilyon ABŞ dolları lazımdır. Azərbaycandan Avropaya enerji tədarükü üçün böyük infrastruktur var. Bu infrastrukturun gücünü 2 dəfə artırmaq mümkündür. Bunun üçün üç əsas şey lazımdır: investisiyalar, texniki boşluqların aradan qaldırılması və maliyyə bacarıqlarının artırılması. Bundan başqa, məzunları ölkədə əlavə təhsilə cəlb etmək vacibdir. Bu məsələlər həll olarsa, Azərbaycan tutumunu artırmaq hesabına dünya bazarında digər ölkələrlə rəqabət apara biləcək”, – deyə o əlavə edib.

banner

Qeyd edək ki, Azərbaycandan “yaşıl” enerjinin əsas satış bazarı Avropadır və bərpa olunan mənbələrdən enerji tədarükü üzrə artıq konkret layihə mövcuddur. Belə ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Bu, 4 geqavatta qədər “yaşıl” enerji tədarükünü təşkil etməyə imkan verəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice