83
Bakı. AzerPress:
Azərbaycan və ABŞ münasibətlərindən danışarkən, artıq daha yumşaq terminologiyadan istifadə edə bilərik.
AzerPress-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Bəli gərginlik olub, lakin səbəbkarı Azərbaycan olmayıb. Bundan sonra münasibətlər barədə müsbət mesajlar verildi. Azərbaycan Amerikayla münasibətlərin inkişaf etdirilməsində hər zaman maraqlı olub”,- deyə nazir bildirib.