76
Bakı. AzerPress:
Avropa Komissiyasının sabiq prezidenti, Fransanın siyasi və dövlət xadimi Jak Delor vəfat edib.
AzerPress-in məlumatına görə, bu barədə “Agence France-Presse” agentliyinə siyasətçinin qızı, Lill meri Martin Obri deyib.
Məlumata əsasən, J.Delorun 98 yaşı olub.
“O, Parisdəki evində yuxuda ölüb”, – deyə siyasətçinin qızı bildirib.