Əsas səhifə » Avropa İttifaqı xroniki riyakarlıq nümayiş etdirir- Rufiz Hafizoğlu

Avropa İttifaqı xroniki riyakarlıq nümayiş etdirir- Rufiz Hafizoğlu

Laman Asadli

Bakı. AzerPress:

Avropa İttifaqı bir çox məsələlərdə olduğu kimi İsrail-Fələstin münaqişəsinə ikili standartlarla yanaşır.

AzerPress xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu BAKU TV-ə açıqlamasında deyib.

“İsrail-Fələstin münaqişəsinin ilk günlərindən Qərb dövlətləri, xüsusilə Fransa İsrailə dəstək nümayiş etdirdi. Digər tərəfdən, zamanında Ukraynada baş verən münaqişələr zamanı Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa İttifaqı bunu İsrailə qarşı tətbiq edə bilmir. Bu da ondan irəli gəlir ki, İsrailin lobbiçilik fəaliyyəti Moskvanın lobbiçilik fəaliyyəti ilə eyni deyil”, – deyə o vurğulayıb.

banner

Ekspertin sözlərinə görə, bu baxımdan, Aİ-nin İsrailə qarşı sanksiya tətbiq etməsi mümkün deyil.

“Bu da öz növbəsində bir daha sübut edir ki, Aİ hər zaman olduğu kimi bu dəfə də ikili standarlarla çıxış edərək ikiüzlülük nümayiş etdirir”, – deyə R.Hafizoğlu qeyd edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice