Əsas səhifə » ASELSAN müdafiə ekosistemini genişləndirir

ASELSAN müdafiə ekosistemini genişləndirir

Fərid Mikayilov

Bakı,AzerVoice

ASELSAN-ın baş direktoru Ahmet Akyol, üç minə yaxın tədarükçüsü ilə müdafiə ekosistemini davamlı olaraq genişləndirdiklərini ifadə edib.

AzerVoice xəbər verir ki, Sahibkar İş Adamları Vəqfi (GİV) tərəfindən sahibkarları məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə “Sahibkar görüşləri” adlı tədbir keçirilib.

Tədbirin qonağı Akyol Türkiyənin müdafiə sənayesindəki inkişaflar və milli layihələrdəki son vəziyyət haqqında çıxış edib.

banner

Akyol, ASELSAN-ın hekayəsinin 1975-ci ildə Kipr Sülh Əməliyyatından sonra tətbiq edilən ədalətsiz embarqolara cavab olaraq başladığını bildirib.

“Bizim məqsədimiz, sahibkarlarımıza başqa yerdə tapa bilmədikləri imkanlar təqdim edərək, qabaqcıl texnologiya məhsullarının ölkəmizin rəqabət qabiliyyətinə töhfə verməsini təmin etməkdir”,- deyə Akyol bildirib.

Ərdoğanın baş nazir olduğu 2004-cü ildə tarixi Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə müdafiə sənayesindəki inkişafların böyük sürət qazandığını vurğulayan Akyol, sektorun bu gün dünyada qürurla izlənilən səviyyələrə çatdığını söylədi.

“Qeyd etmək lazımdır ki, müdafiə sənayesinin özünəməxsus dinamikası var. Mülki bazarlarda yaxşı bir məhsul çıxardığınız zaman ətrafdakı bütün müştərilərə çatma şansınız var. Ancaq hərbi satınalmalarda məhdud bir dünya üçün çalışdığınız zaman, müraciət etdiyiniz bazar yalnız təhlükəsizlik qüvvələridir”,- deyə ASELSAN-ın baş direktoru vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice