Əsas səhifə » Argentina prezidenti parlamentin növbədənkənar iclasını çağırıb

Argentina prezidenti parlamentin növbədənkənar iclasını çağırıb

Tasnim İsmixan

Bakı. AzerPress:

Argentina Prezidenti Xavyer Miley parlamentin növbədənkənar sessiyasını çağırıb. Məqsəd vergi və dövlətin fəaliyyəti sahəsində islahatlarla bağlı qanun layihələrinin nəzərdən keçirilməsidir.

AzerPress bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“2023-cü il dekabrın 26-dan 2024-cü il yanvarın 31-dək növbədənkənar sessiya çağırılsın”, – prezidentin göstərişində bildirilib.

banner

Qeyd edilib ki, məktubda baxılması üçün 11 mövzu, o cümlədən dövlətin fəaliyyəti sahəsində islahatlara dair qanun layihəsi müəyyən edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice