Əsas səhifə » Antalyada kanat qəzası: təxliyə edilənlərin sayı 98-ə çatıb

Antalyada kanat qəzası: təxliyə edilənlərin sayı 98-ə çatıb

Sabina Mirzayeva

Bakı. AzerVoice:

Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir qeyd edib ki, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.

banner

Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.

Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Konyaaltı rayonunda fəaliyyət göstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən biri naməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyə düşüb.

Digər Kateqoriyalar

2023 © AzerVoice