Əsas səhifə » Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib

Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış etdilər.

banner

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verildi, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirildi.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirildi.

Digər Kateqoriyalar

2023 © AzerVoice