Əsas səhifə » Ankarada “Şuşa Mədəniyyət Günləri” keçiriləcək

Ankarada “Şuşa Mədəniyyət Günləri” keçiriləcək

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə-Azərbaycan 3-cü Dövr Mədəniyyət Toplantısı çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi hazırlanıb.

AzerPress xəbər verir ki, müqaviləni Ankarada keçirilən mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.

“Bu müqavilə ilə təkcə mədəni irsin qorunması deyil, qardaş ölkə Azərbaycanla konsertlər, sərgilər, teatr tamaşaları kimi müxtəlif tədbirlərlə mədəni əlaqələri bundan sonra da inkişaf etdirəcəyik”, – deyə Ersoy bildirib.

banner

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iki ölkə arasında əlaqələrin xüsusi önəm daşıdığını vurğulayaraq türk sivilizasiyasının dünyaya tanıdılması istiqamətində fəaliyyətlərin daha da gücləndiriləcəyini və Ankarada “Şuşa Mədəniyyət Günləri”nin keçiriləcəyini bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice