Əsas səhifə » Ammar Əl-Həkim Səudiyyə Ərəbistanı vəliəhdi ilə görüşüb

Ammar Əl-Həkim Səudiyyə Ərəbistanı vəliəhdi ilə görüşüb

Azer Voice

Bakı,AzerVoice

İraq Milli Hikmət Hərəkatının rəhbəri Əmmar Əl-Həkim Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İraq və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələri nəzərdən keçirib .AzerVoice xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.

Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan iştirak edib.

“Biz Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşdük və İraq və regiondakı siyasi səhnədəki inkişaflar, eləcə də iki ölkə arasında münasibətləri gücləndirməyin yolları barədə fikir mübadiləsi apardıq”- deyə  Əl-Həkim “X” sosial şəbəkəsində yazıb.

banner

İraq lideri həmçinin bölgədəki tərəflər arasında dialoqun davam etdirilməsinin vacibliyini, eləcə də İraqın İŞİD-lə mübarizə üçün beynəlxalq koalisiyadan milli suverenliyi müdafiə edən tərəfdaşlığa keçmək istəyini vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice