Əsas səhifə » Amfibiya təyyarəsi İzmir-Urla istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub

Amfibiya təyyarəsi İzmir-Urla istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub

Tasnim İsmixan

Bakı. AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

AzerVoice xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

banner

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice