Əsas səhifə » Amerikalılar işğalçı deyil – İraqın xarici işlər naziri

Amerikalılar işğalçı deyil – İraqın xarici işlər naziri

Yamin Savalanli

Bakı, AzerVoice

ABŞ-ın İraqdakı mövcudluğu işğalçılıq deyildir. Müzakirə ediləsi bir çox qavramlar vardır.

AzerVoice xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ-ın İraqdakı missiyasını bitirməsi ilə bağlı keçirilən görüş zamanı deyib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İŞİD-ə qarşı mübarizə aparan Beynəlxalq Koalisiyanın rəsmi nümayəndəsi ilə koalisiyanın İraqdakı missiyasının başa çatması məsələsini müzakirə etmək məqsədiylə görüş keçirib. Görüş bazar günü baş tutub. Görüşdə ABŞ-ın Bağdaddakı səfiri Alina Romanovski də iştirak edib.

banner

İraqda İŞİD-lə mübarizə üçün yaradılmış Beynəlxalq Koalisiyanın komandiri general Kevin Leahynin də iştirakı ilə baş turtan görüşdə Sudani “İŞİD terror təşkilatının qalıqları artıq İraq dövləti üçün bir təhdid sayılmır. Silahlı qüvvələrimiz bu terrorçuların izlərini və yuvalarını tapmaq üçün hərbi əməliyyatları davam etdirir”,-deyə qeyd edib.

Sudaninin ofisindən verilən açıqlamada, görüşdə, “İraq təhlükəsizlik qüvvələri ilə təlim, təcrübə və informasiya sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, İraqla birlikdə Beynəlxalq koalisiyaya daxil olan digər ölkələr arasında ikitərəfli əlaqələr çərçivəsində müzakirələr həyata kerililir”,-deyə bildirilib

Qeyd edək ki, ABŞ və İraq qüvvələrinin İraqın qərbindəki Ənbar vilayətində İŞİD-in yüksək rütbəli liderlərinə qarşı son hücumu terror təşkilatını məhv etmək üçün iki tərəf arasında davam edən əməkdaşlığın bariz göstəricisi olub.

ABŞ 15 İŞİD üzvünün öldürülməsi ilə nəticələnən əməliyyatda yeddi əsgərinin yaralandığını açıqlayıb. Həmçinin, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də İŞİD-in artıq İraq üçün təhlükə yaratmadığını bildirib.

Həmçinin, ABŞ-ın İraqdakı səfiri Alina Romanovskinin İraq nazirləri və liderləri ilə görüşlərinə gəlincə, İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ səfirinin İraq nazirləri ilə görüşünün diplomatik təcrübəyə zidd olmadığını vurğulayıb. Hüseyn ABŞ-İraq münasibətlərini təsvir edərkən daha da irəli gedərək, ABŞ-ın İraqdakı mövcudluğunun işğal olmadığını və “müzakirə ediləsi bir çox qavramların” olduğunu deyib.

Xatırladaq ki, İraq rəsmilərinin bu cür mövqeyi, Sudani hökumətinin ABŞ ilə qüvvələrini İraqdan çıxarmaq istəyən silahlı qruplar arasında atəşkəs əldə etməyə müvəffəq olduğu bir vaxta təsadüf edir.

“İŞİD meydana çıxandan sonra amerikalılara İraqa gəlmələri üçün yalvardıq. Ancaq indi bəziləri onlara ideoloji və ya partizan bir prizmadan hücum edir” deyən Hüseyn Amerika qüvvələrinin İraqdan çıxarılması ilə bağlı danışıqların davam etdiyini və İraq hökumətinin rəsmi olaraq ABŞ qüvvələrinin çıxarılmasını tələb etdiyini deyib.

Onu da əlavə edək ki, Hüseyn bir televiziya kanalına verdiyi müsahibəsində, “Biz İraqı müharibə dəhşətindən uzaq tutmaq üçün çox ciddi çalışırıq. İraq hökuməti gərginliyi dayandırmaq üçün xaric və daxildə olmaqla iki istiqamətdə hərəkət edir. Daxili gərginliyi azaltmağın yolu qruplarla dialoqdan və xaricdə isə sükunəti yaymaqdan keçir”,- deyə o qeyd edib.

Müsahibə zamanı “Fələstin xalqı ilə həmrəyliyin İraq siyasətinin əsasını təşkil etdiyini deyən Hüseyn “Fələstinlə həmrəyliyin açıq sərhədləri var, lakin silahlanmaya gətirib çıxarmayacaq”,- deyə əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice