Əsas səhifə » Amerika siyasəti çıxılmaz vəziyyətdədirmi?

Amerika siyasəti çıxılmaz vəziyyətdədirmi?

Yamin Savalanli

Bakı, VOA

ABŞ-da prezident seçkiləri ilə bağlı daha bir kritik dönüş yaranıb. Demokratların namizədi Co Bayden və Respublikaçılar Partiyasının namizədi Donald Tramp milli televiziyada qarşı-qarşıya gəldi. Müzakirənin qalibi isə çox fərqli bir addır: Robert F. Kennedy Jr. O əsasən RFK Jr. adı ilə tanınır.

Bayden və Tramp bütün rəqiblərini geridə qiyaraq ilkin seçim turundan qalib gəldilər, lakin Baydenə inam günü-gündən azalır. İyunun 26-da keçirilən sorğulara əsasən, Tramp 1,5 bal irəlidədir. Bununla belə, Trampın davam edən məhkəmə işi respublikaçıları çox narahat edir. Amerika siyasətində nə baş verəcək? Bayden, Tramp yoxsa üçüncü ad Ağ Evə gedəcək.

Tramp və Beydenarasındakı debatdan sonra demokratik cəbhədə cavabsız suallar üzə çıxmağa başlayıb. Əgər ABŞ Baydenlə davam edərsə, “milli təhlükə” kimi görünən bir şəxsin yenidən prezident olması ölkənin çöküşünə səbəb ola bilıər. Həll yolu kimi isə Bayden əvəzinə başqa bir namizədi dəstəkləmək indi masada olan bir fikirdir. Demokratlara yaxın xəbər mənbələri də Amerika ictimaiyyətini bu məsələyə yönəldir.

banner

Bayden-Tramp debatı davam edərkən, noyabrdan bəri səssizcə öz kampaniyasının həyata keçirən bir ad yenidən gündəmə gəldi: Robert F. Kennedy Jr.

Sui-qəsd nəticəsində öldürülən John F. Kennedinin oğlu RFK Jr debatla eyni vaxtda onlayn olaraq ABŞ seçicilərinə müraciət etdi. 5,8 milyon izləyicinin olduğu yayımda onun vergidən tutmuş xarici siyasətə qədər təqdim etdiyi təkliflər həm demokratlar, həm də respublikaçı seçicilər tərəfindən qəbul edilib.

Kennedi ilə bağlı diqqət çəkən məqam isə onun Tramp kimi ictimaiyyətin diqqətini çəkəcək təəccüblü açıqlamalar verməsidir. COVID-19 bəzi etnik qrupları hədəf alan bioloji silah olduğundan, ABŞ-da mülki silahlanmanın İsveçrəyə bənzədiyinə dair açıqlamalar Kennedinin kütlələr arasında populyarlığını artırmışdı.

Digər Kateqoriyalar

2023 © AzerVoice