Əsas səhifə » Alparslan Bayraktar İraqın neft naziri ilə görüşüb

Alparslan Bayraktar İraqın neft naziri ilə görüşüb

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, İraqın paytaxtı Bağdadda baş nazirin müavini və neft naziri Həyyan Əbdülqəni ilə görüşüb.

AzerPresss-in məlumatına görə, Alparslan Bayraktar, 19-cu İraq-Türkiyə Birgə İqtisadi və Texniki Əməkdaşlıq Komissiyasının iclası çərçivəsində onu müşayiət edən nümayəndə heyəti ilə Bağdada gəlib.

Səfər çərçivəsində, Bayraktar Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn, baş nazir Məhəmməd Şiya əl-Sudani və parlament sədrinin birinci müavini Muhsin əl-Mandelavi ilə də görüşəcək.

banner

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice