Əsas səhifə » Almaniyanın daha bir külək enerjisi şirkəti yerli avadanlıqları Türkiyədən tədarük edəcək

Almaniyanın daha bir külək enerjisi şirkəti yerli avadanlıqları Türkiyədən tədarük edəcək

Laman Asadli

Bakı. AzerPress:

Almaniyada yerləşən külək turbin istehsalçısı Enercon şirkəti yerli avadanlıqları Türkiyədən tədarük edəcək.

AzerPress xəbər verir ki, bu barədə Enercon şirkətinin baş icraçı direktoru (CEO) Yurgen Zeşki açıqlama verib.

“Türkiyədən külək enerjisi avadanlıqları tədarükümüz hazırda ildə 300 milyon avro səviyyəsindədir. Bu yaxınlarda istehsal etdiyimiz turbin modelləri üçün Türkiyədə böyük hissələri istehsal etməyi planlaşdırırıq. Türkiyədə yerli tərəfdaşlarımızla yeni turbin modellərimiz üçün komponentlərin istehsalını təmin etmək üçün fəal işləyirik. Bundan əlavə, Türkiyədən avadanlıq tədarükümüz yaxın bir neçə ildə 500 milyon avroya çata bilər”, – deyə o əlavə edib.

banner

Qeyd edək ki, daha öncə Alman külək enerjisi nəhəngi Nordex Group-un baş icraçı direktoru (CEO) Xose Luis Blanko Türkiyə ilə məhsul tədarükünü 2024-cü ildə 1 milyard avroya çatdırmağı proqnozlaşdırdığını bildirib.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice