Əsas səhifə » Almaniyada Fələstinə dəstək göstərən müəllimlərə təziq edilir

Almaniyada Fələstinə dəstək göstərən müəllimlərə təziq edilir

Yamin Savalanli

Bakı. VOA:

Almaniyada hökumət İsrailə qarşı etirazlar həyata keçirən tələbələrə dəstək göstərmiş akademiklərə verilən maliyyə dəstəyinin kəsilməsi ilə bağlı araşdırma başladan Təhsil və Araşdırma Nazirliyinin bu davranışı ilə bağlı sualları cavablandırmaqdan yayınıb.

VOA xəbər verir ki, mətbuat katinin müavini Volfqanq Büchner Berlində keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

“Alman televizyası Norddeutscher Rundfunk-un (NDR) xəbərlərində açıq məktub məsələsindən dolayı professor-müəllim heyətinə göstərilən maliyyə dəstəyinin kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilib. Bu mövzuda çoxlu xəbərlər yayılıb. Baş nazir (Olaf) Scholz təhsil nazirliyinin elm azadlığına müdaxilə cəhdini necə qiymətləndirir?” – sulına Büchner cavab verməkən imtina edib.

banner

Büchner sadəcə olaraq, “Təhsil və Araşdırma Nazirliyi bu mövzuda bir açıqlama verib. Bunun xaricində Baş Nazirlikdən bir açıqlama yoxdur”- deyə əlavə edib.

Həmçinin jurnalistlər tərəfindən Büchnerə Almaniyada elm və ifadə azadlığının gələcəyi ilə bağlı mövcud narahatlıqlar xatırladıldıqdan sonra o, “Bildiyiniz kimi, biz açıqlamalara və ictimaiyyətə açıq məktublara münasibət bildirmirik” ifadəsini işlədib.

Onu da əlavə edək ki, Büchner həmçinin Təhsil və Araşdırma Nazirliyinə qarşı kəskin tənqidlər olduğu, nazirin istefasının tələb edildiyi və baş nazirin bu məsələyə necə baxdığı ilə bağlı ona ünvanlanan sualları da cavabsız qoyub.

Qeyd edək ki, Mayın 7-də paytaxt Berlindəki Azad Universitetində təhsil alan təxminən 150 tələbə Fələstinə dəstək və Almaniyada Fələstin tərəfdarlarına edilən zülmə etiraz etmək üçün universitetin daxili bağçasında çadırlar quraraq həmrəylik düşərgəsi təşkil etmişdi. Polis nümayişə müdaxilə edərək düşərgəni boşaltmış və çoxlu fələstinli tərəfdarı həbs etmişdi.

Bu hadisələrdən sonra ölkənin müxtəlif universitetlərində çalışan bir çox professor-müəllim heyəti Fələstinlə həmrəylik nümayiş etdirən tələbələrə dəstək verən və tələbələrin polis zorakılığına məruz qalmamasını tələb edən açıq məktub imzalamışdı.

İnternetdə dərc olunan məktubda “Düşərgədə konkret tələblərlə razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq, biz tələbələrimizin yanındayıq və onların dinc etiraz hüququnu müdafiə edirik” – deyə bildirilmişdi.

Məktubda sözügedən etiraz aksiyalarının universitet ərazilərində də keçirilə biləcəyinə, toplaşmaq və ifadə azadlığının üsusən də universitetlərdə qorunmalı olduğu əsas demokratik hüquqlar olduğu qeyd edilən məktunda, tələbələrin qorunması və polis zorakılığına məruz qalmaması bildrilmişdi.

Həmçini Federal Təhsil və Araşdırma Naziri Bettina Stark-Watzinger müəllimlərin bu açıq məktubunu tənqid etmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice