Əsas səhifə » Almaniya məcburi hərbi çağırışı bərpa edə bilər

Almaniya məcburi hərbi çağırışı bərpa edə bilər

Tasnim İsmixan

Bakı. AzerPress:

Almaniyada Silahlı Qüvvələrə məcburi çağırış bərpa oluna bilər.

AzerPress xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius “Welt” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkədə İsveç nümunəsi olan hərbi xidmətə çağırış sistemi tətbiq edilməlidir. Belə ki, İsveçdə 2017-ci ildən bütün oğlan və qızlar hərbi xidmətə cəlb olunurlar. Onlar hərbi komissiya tərəfindən xidmətə hazır olduqlarını müəyyən etmək üçün yoxlanılır, ancaq kiçik bir hissəsi hərbi xidmətə çağırılır.

banner

Almaniyada hərbi xidmət indi tamamilə könüllüdür. Bundan əlavə, 1949-cu il qanununa görə, qadınlar hərbi xidmətdən azaddırlar.

Qeyd edək ki, Almaniyada 2011-ci ildə məcburi hərbi xidmət ləğv edilib. Bu, Bundesver üçün kəskin kadr çatışmazlığına səbəb olur.

Digər Kateqoriyalar

2023 © AzerVoice