Əsas səhifə » Almaniya Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Almaniya Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Hafiz Rufizoglu

Bakı, VOA

Almaniya Livandakı vətəndaşlarından dərhal ölkəni tərk etmələrini istəyib.

VOA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında paylaşım edilib.

Bəyanatda Almaniya vətəndaşlarına Livana səyahət etməmələri, Livanda olanların  isə dərhal Livanı tərk etmələri barədə xəbərdarlıq edilib.

banner

Bəyanatda bölgədəki təhlükəsizlik vəziyyətinin kifayət qədər dəyişkən olduğu, Livan və İsrail arasındakı sərhəd bölgəsində son həftələrdə hərbi qarşıdurmaların intensivləşdiyi bildirilib.

Məlumat üçün qeyd edək ki, İsrail ordusu və Hizbullah 8 oktyabr 2023-cü ildən bəri Livanın cənubunda və İsrailin şimalında qarşılıqlı hücumlarını davam etdirir.

Bu qarşıdurmalarda indiyədək 347 Hizbullah üzvü, 63 Livan vətəndaşı, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice