Əsas səhifə » Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırıldı (YENİLƏNİB)

Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırıldı (YENİLƏNİB)

Narmin Ağayeva

Bakı. VOA

Aİ ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi barədə razılığa gəlib.

VOA xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın Aİ-dəki Nümayəndəliyi məlumat yayıb.

“Bu paket yeni məqsədyönlü tədbirlər təqdim edir və boşluqları aradan qaldırmaqla mövcud sanksiyaların təsirini maksimum dərəcədə artırır”, – məlumatda deyilir.

banner

xxx

11:20

Almaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb.

VOA bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah olunur.

Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı qismində iştirakını qadağan edən müddəanın yer almasıdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice