Əsas səhifə » Alman xalqının əksəriyyəti Fələstini dövlət kimi tanıyır

Alman xalqının əksəriyyəti Fələstini dövlət kimi tanıyır

Yamin Savalanli

Bakı. AzerVoice:

Almaniyada keçirilən sorğuya əsasən iştirakçıların 40%-i Fələstini dövlət kimi tanımağın tərəfdarıdır.

AzerVoice xəbər verir ki, YouGov ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuya görə, ölkədə hər beş nəfərdən ikisi Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır. Rəyi soruşulanların 27 %-i Fələstinin dövlət kimi tanınmasının əleyhinə olsa da, 33 %-i bu məsələdə qərarsız olduqlarını bildirib. Həmçinin İsrailin Rəfaha hücumuna görə ona qarşı sanksiyaları dəstəkləyənlərin nisbəti isə 51% təşkil edir.

Qeyd edək ki, Mayın 31-dən iyunun 5-dək keçirilən sorğuda 2295 nəfər iştirak edib.

banner

Almaniya kansleri Olaf Şolz Almaniya hökumətinin hazırda Fələstini dövlət kimi tanımağı planlaşdırmadıqlarını deyib. Qeyd edək ki, Norveç, İspaniya, İrlandiya və Sloveniya bu yaxınlarda Fələstini dövlət kimi tanımaq qərarına gəlmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice