Əsas səhifə » Alimlər əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini kəşf ediblər

Alimlər əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini kəşf ediblər

Orkhan Qadirzade

Bakı,AzerVoice

Kanadanın nüfuzlu təhsil və tədqiqat qurumu olan British Columbia Universitetinin alimləri etdikləri araşdırmada əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini müəyyən ediblər.

AzerVoice xəbər verir ki, PNAS elmi jurnalında dərc edilən araşdırmada ABŞ-də 10 il ərzində keçirilən sorğunun nəticələri açıqlanıb.

230 mindən çox insanın iştirak etdiyi sorğuda mənəvi dəyərlərdə baş verən dəyişiklikləri ölçmək üçün iştirakçılara müxtəlif suallar ünvanlanıb.

banner

Əldə edilən nəticələr onu göstərir ki, insanlar yaz və payız aylarında yay və qışa nisbətən saflıq, sədaqət və hörmət kimi bəzi dəyərləri daha güclü şəkildə mənimsəyirlər.

Bu fəsillərin hüquq, siyasət və hətta sağlamlıq kimi müxtəlif sahələrə təsir göstərə biləcəyini bildirirlər.

İnsanların əhval-ruhiyyəsinin fəsillərə görə dəyişdiyi daha öncə aparılan elmi araşdırmalarda sübuta yetirilmişdi. Lakin onların əxlaqi dəyərlərə təsir edə biləcəyi gözlənilmirdi.

British Columbia Universitetinin aparıcı müəllimi Ian Hohm VOX media şirkətinə müsahibəsində “bu, mənim üçün tamamilə təəccüblü oldu. Çünki bu, adi davranış deyil və keçib gedən bir emosiyada deyil. Bu, insanların nəyin yaxşı, nəyin pis, nəyin doğru və nəyin yanlış olduğuna necə qərar verməsi ilə bağlıdır”,- deyə bildirib.

Əldə edilən nəticələr bəzi sualları da özü ilə gətirir. Bunlardan birincisi “niyə insanlar yaz və payız aylarında daha çox əxlaqi dəyərləri mənimsəyirlər?” – sualıdır.

Digər tərəfdən, araşdırma qrupu insanların daxili narahatlıqlarının yaz və payız aylarında zirvəyə çatdığını xatırladıblar. Araşdırma qrupu 90 mindən çox sorğu cavabını təhlil edərkən belə bir nəticəyə gəlib.

Buna əsaslanaraq güman edilir ki, yaz və payız aylarında artan narahatlıq səviyyəsi insanların öz adət-ənənələrinə daha çox bağlanmasına səbəb olur.

Digər Kateqoriyalar

2023 © AzerVoice