Əsas səhifə » Aliağa limanı 40 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Aliağa limanı 40 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Aliağa limanı 41 milyon 563 min 274 ton yük qəbul edib.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən bir milyon 948 min 86 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 36 milyon 615 min 188 ton yük daşınıb.

banner

2024-cü ilin yanvar-iyul aylarında Aliağa limanından 3 milyon 139 min 671 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 625 min 39 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib.

 “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 17 milyon 455 min 606 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 218 milyon 834 min 222 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 40 milyon 858 min 235 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 508, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 154 olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyə bayrağı altında olan gəmilər isə 11 min 679 olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice