Əsas səhifə » Akkuyuda ilk reaktor istifadəyə verilir

Akkuyuda ilk reaktor istifadəyə verilir

Laman Asadli

Bakı, AzerPress:

Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasında (AES) ilk reaktor istifadəyə verilir.

AzerPress xəbər verir ki, “Akkuyu Atom” şirkəti elektrik stansiyasının ilk reaktorunun işə salınması üçün Nüvə Tənzimləmə Qurumundan icazə alındığını açıqlayıb.

“Türkiyədə “Akkuyu” AES-in birinci blokunun istismarına icazə verilməsi ilə bağlı qərar qəbul edilib. Biz Türkiyə qanunvericiliyinin bütün tələblərini, atom elektrik stansiyalarının tikintisi ilə bağlı beynəlxalq standartları yerinə yetirmişik”, – deyə “Akkuyu” AES-in Baş direktoru Anastasiya Zoteyeva bildirib.

banner

Onun sözlərinə görə, növbəti mərhələ birinci enerji blokunun istismarı üçün lisenziyanın alınması olacaq ki, bu da reaktora nüvə yanacağının yüklənməsinə və startdan öncəki nəzarət əməliyyatlarına başlamağa imkan verəcək.

Qeyd edək ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası – “Akkuyu” AES-ə yeni nəsil reaktorları ilə təchiz olunan dörd enerji bloku daxildir. AES-in hər bloku 1200 MVt gücündə enerji generasiya edəcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice