Əsas səhifə » Akademik məlumat bazası və universitetlərin tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Akademik məlumat bazası və universitetlərin tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Yamin Savalanli

Şuşa. AzerVoice:

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gündəmə gətirdiyi təkliflər sırasında ilk olaraq TDT-yə üzv olan ölkələrin akademik məlumat bazasının yaradılması yer alıb.

AzerVoice xəbər verir ki, bu barədə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası çərçivəsində Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu da özündə ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir.

banner

“Bununla da üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər. Digər təklif universitetlərin uyğunlaşdırılması və tanınma prosedurları ilə məşğul olacaq ortaq qurumun yaradılması ilə bağlıdır. Problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil edən nümayəndələr bu fikri müsbət qarşıladı”, – deyə o bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice