Əsas səhifə » AK Partinin bələdiyyə seçkiləri üçün yaratdığı namizəd seçmə komissiyası bu gün ilk iclasını keçirəcək

AK Partinin bələdiyyə seçkiləri üçün yaratdığı namizəd seçmə komissiyası bu gün ilk iclasını keçirəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

AK Partinin bələdiyyə seçkiləri üçün yaratdığı namizəd seçmə komissiyası bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ilk iclasını keçirəcək.

AzerPress-in məlumatına görə, bu gün ilk iclasını keçirəcək komissiyanın tərkibinə AK Parti sədr müavini Efkan Ala, Seçki İşləri başçısı Əli İhsan Yavuz, Təşkilatın rəhbəri Erkan Kandemir və Yerli Rəhbərliklər başçısı Yusuf Ziya Yılmaz da daxildir.

Namizəd seçimində tendensiya sorğusunu, sorğuları və keçmiş seçki nəticələrini birlikdə qiymətləndirəcək komissiya, partiyanın Təşkilat Rəyasət Heyətinin və müvafiq şəhərin deputatlarının fikirlərini də nəzərə alacaq.

banner

Namizədlər dekabrın ortalarından yanvarın sonuna kimi mərhələli şəkildə elan ediləcək.

Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.

Xatırladaq ki, 27 İyul 2023-cü il tarixində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə rəsmi səfəri çərçivəsində, Türkiyənin Ticarət naziri Ömər Bolatla görüşüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice