Əsas səhifə » Aİ Türkiyəyə viza rejimini sadələşdirəcəyini vəd edib

Aİ Türkiyəyə viza rejimini sadələşdirəcəyini vəd edib

Aytac Suleymanova

Bakı. AzerPress:

Avropa İttifaqı Türkiyəyə viza rejimini sadələşdirəcəyini vəd edib.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat deyib.

“Avropa İttifaqı Türkiyə ilə yeni dövrdə konstruktiv, ticarət yönümlü, Gömrük İttifaqındakı problemləri qarşılıqlı şəkildə kompensasiya etmək iradəsini nümayiş etdirir. Şikayətlərimizi ən yüksək səviyyədə səsləndirdiyimiz zaman Viza məsələsi ilə bağlı problemlərin aradan qaldırılması baxımından, yeni bir hazırlıq mərhələsindəyik. Avropa İttifaqı ilə viza asanlaşdırma prosesinə başlayacağımıza dair müsbət cavab almışıq”,- deyə nazir bildirib.

banner

Xatırladaq ki, 6 sentyabr tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə ortaq mətbuat konfransında çıxışı zamanı viza müraciətlərində yaşadıqları şikayətlərin aradan qaldırılması tələbini irəli sürüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice