Bakı. AzerPress:
Avropa İttifaqı Türkiyə ilə münasibətlərini yaxşılaşdırmalıdır.
AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı zamanı deyib.
“Avropa İttifaqı Türkiyəyə qarşı daha ədalətli və tədbirli münasibət göstərməlidir. Qlobal çağırışların gücləndiyi müasir dünyada Aİ strateji perspektivdən çıxış etməli və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmalıdır. Türkiyə Gömrük İttifaqının yenilənməsi, investisiya sahəsində əməkdaşlığın artırılması və viza rejiminin sadələşdirilməsi kimi məsələlərdə Avropa İttifaqından tez bir zamanda konkret addımlar atmasını gözləyir”,- deyə Hakan Fidan bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_