Əsas səhifə » Aİ-nin “Binokl diplomatiyası”nın fəallığı narahatlıq doğurur

Aİ-nin “Binokl diplomatiyası”nın fəallığı narahatlıq doğurur

Fərid Mikayilov

Bakı. AzerVoice:

Aİ-nin Monitorinq missiyasının mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrilib.

AzerVoice xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.

“İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunur.

banner

“Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurur”, – məlumatda qeyd edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice