Bakı. AzerPress:
Avropa İttifaqında fələstinlilərə dəstək üçün keçirilən həmrəylik nümayişlərinin qarşısının alınması ikili standartdır.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.
“İfadə azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimə hücumlara icazə verənlər Fələstində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə etiraz etmək istəyənlərin qarşısını alırlar. Bu, qəbuledilməz ikili standartdır” – deyə Fidan bildirib.
O qeyd edib ki, Aİ-nin qlobal səviyyədə rəqabət apara bilməsi üçün fərqliliklərə hörmət etməliidir.
“Genişlənmə siyasətinin etibarlılığını bərpa etmək lazımdır. Bəzi üzv ölkələrin danışıqlar proseslərindən öz mənfəətləri üçün istifadə etmələrinin qarşısı alınmalıdır. Üzvlük danışıqlarını heç vaxt bitməyən, sonu açıq olmayan proseslərə çevirmək də yanlışdır”, – deyə Fidan bildirib.
O vurğulayıb ki, əgər biz İsrailin Qəzzada dinc sakinləri qətlə yetirməsinin qarşısını ala bilmiriksə, Ukraynada mülki insanları necə qoruya bilərik.
Hafiz Rufizoğlu