Əsas səhifə » Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb

Tasnim İsmixan

Bakı. AzerPress:

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.

Federasiyadan AzerPress-ə verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.

Qadınlarda Samirə Rzayeva (45 kiloqram), Nazilə İsmayılova (49 kiloqram), Selcan Qarayeva (55 kiloqram), Dinara İbrahimli (59 kiloqram), Fazilə İmanova (64 kiloqram) və Rahilə Hüseynzadə (81 kiloqram) qalib adını qazanıblar.

banner

Kişilərdə isə Dəniz Cabbarlı (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Tehran Məmmədov (67 kiloqram), Paşa İbrahimli (73 kiloqram), Füqan Əliyev (81 kiloram), Nurlan Məmmədzadə (89 kiloqram), Yaşar Qurbanov (96 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (+109 kiloqram) qızıl medal əldə ediblər.

Əlavə olaraq, Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında yarışın ən yaxşıları müəyyənləşib.

Beləliklə, Azərbaycan Kubokunun ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan Kubokunun qalibi Qazax rayonunun yığma komandası olub. 2-ci ən yaxşı komanda Lənkəran, 3-cü ən yaxşı isə Qobustan təmsilçiləri olublar.

Digər Kateqoriyalar

2023 © AzerVoice