Əsas səhifə » Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb – Qədir Xəlilov

Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb – Qədir Xəlilov

Tasnim Rufizgizi

Bakı. AzerPress:

Azərbaycanda könüllülərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

AzerPress xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumunda çıxışı zamanı deyib.

“Biz könüllülərin fəaliyyətini yaxından izləyir, onların bu işini təqdir edirik. Azad olunmuş ərazilər üzrə könüllülər proqramı başlayıb. Proqram çərçivəsində Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb”, deyə Q.Xəlilov əlavə edib.

banner

Qeyd edək ki, Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumu keçirilir. Həmrəylik forumunda Gənclər və İdman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmilər iştirak edirlər.

Digər Kateqoriyalar

2023 © AzerVoice