Əsas səhifə » Adanada ictimai asayişi qorumaq məqsədilə əməliyyat keçirilib

Adanada ictimai asayişi qorumaq məqsədilə əməliyyat keçirilib

Fərid Mikayilov

Bakı,AzerVoice

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda həyata keçirilən ictimai asayiş tədbirləri zamanı 46 sənədsiz silah ələ keçirilib, 26 şübhəli saxlanılıb.

AzerVoice xəbər verir ki, Seyhan İlçə Təhlükəsizlik Müdürlüyü qrupları 29 İyul-4 Avqust tarixləri arasında ictimai asayişi qorumaq üçün əməliyyatı həyata keçirib.

Polis qrupları tərəfindən aparılan yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 247 nəfər də tutulub.

banner

Əməliyyatlar zamanı axtarışda oolan dörd xarici vətəndaş saxlanılıb, altısı isə Repatriasiya Mərkəzinə təhvil verilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice