24
Bakı,AzerVoice
Türkiyənin Adana şəhərinin Seyhan rayonunda həyata keçirilən ictimai asayiş tədbirləri zamanı 46 sənədsiz silah ələ keçirilib, 26 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, Seyhan İlçə Təhlükəsizlik Müdürlüyü qrupları 29 İyul-4 Avqust tarixləri arasında ictimai asayişi qorumaq üçün əməliyyatı həyata keçirib.
Polis qrupları tərəfindən aparılan yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 247 nəfər də tutulub.
Əməliyyatlar zamanı axtarışda oolan dörd xarici vətəndaş saxlanılıb, altısı isə Repatriasiya Mərkəzinə təhvil verilib.