Əsas səhifə » Adana Hava Limanına gələn sərnişinlərin sayı 18 faiz artıb (ÖZƏL)

Adana Hava Limanına gələn sərnişinlərin sayı 18 faiz artıb (ÖZƏL)

Yamin Savalanli

Bakı. VOA:

2024-cü ilin may ayında Türkiyənin Adana Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz arataraq, 2 milyon 37 min 288 nəfər olub.

VOA-ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 1 milyon 690 min 786 nəfər, beynəlxalq reyslər üzrə isə 35 faiz artaraq 346 min 502 nəfər təşkil edib.

banner

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 20 min 375 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 4 min 950 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 20 min 375 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə bir faiz artaraq, 18 min 732 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı bir faiz artaraq 15 min 870, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 2 min 862 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice