Əsas səhifə » ABŞ Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının iclasını müsbət qarşılayır

ABŞ Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının iclasını müsbət qarşılayır

Laman Asadli

Bakı. AzerPress:

ABŞ Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının bu həftə Afinada keçiriləcək iclasını müsbət qarşılayır.

AzerPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Birləşmiş Ştatlar Yunanıstan və Türkiyənin regionda sülh, təhlükəsizlik və rifahı təşviq etmək üçün birgə işləyə biləcəyi bütün səviyyələrdə ikitərəfli müzakirələri dəstəkləyir. Birləşmiş Ştatlar NATO müttəfiqlərimiz arasında Egey və Şərqi Aralıq dənizində sakitliyi təşviq etməyə davam edir”, – deyə sözçü bildirib.

banner

Qeyd edək ki, Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yunanıstan və Türkiyə arasında 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının iki ölkənin razılığı ilə dekabrın 7-də Afinada keçiriləcəyi açıqlanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice