Əsas səhifə » ABŞ və Aİ atəşkəslə bağlı heç bir addım atmır – Hakan Fidan

ABŞ və Aİ atəşkəslə bağlı heç bir addım atmır – Hakan Fidan

admin

Bakı, AzerPress:

ABŞ və Avropa İttifaqı humanitar yardım və atəşkəslə bağlı heç bir addım atmır.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

“Qərb mənəvi üstünlüyünü itirib. Bundan sonra əsl sülh üçün nə etmək lazım olduğuna diqqət yetirməliyik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1-ci və 2-ci Qəzza müharibələrində atəşkəs üçün bir çox səy göstərib. Qalıcı həll yolu tapmaq lazımdır. Burada həm İsrail dövlətinin, həm qərb cəmiyyətlərinin, həm də siyasi dairələrin bu gerçəyi qəbul etməsi lazımdır. Fələstinliləri qane edəcək həll yolu ortaya qoyulmalıdır. Münaqişələrin digər coğrafiyalara yayılması ilə bağlı narahatlıqlarımız var”, – deyə o əlavə edib.

banner

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice