Əsas səhifə » ABŞ Ukraynaya hərbi yardım paketi ayıracaq

ABŞ Ukraynaya hərbi yardım paketi ayıracaq

Tasnim İsmixan

Bakı, VOA

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq hərbi yardım paketi ayıracaq.

VOA xarici KİV-lərə istinadən xəbərinə görə, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib..

Pentaqon rəhbəri qeyd edib ki, məsələ ilə bağlı müvafiq açıqlama yaxın vaxtlarda veriləcək.

banner

Qeyd edək ki, iyunun 25-də ABŞ-nin Ukraynaya 150 milyon dollarlıq hərbi yardım tranşını elan edəcəyi barədə xəbər yayılmışdı. Söhbət xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün raketlərdən gedir.

Yardım paketinə tank əleyhinə silahlar, atıcı silahlar, qumbaraatanlar, 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil edilməsi planlaşdırılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice