41
Bakı, AzerVoice:
ABŞ ordusu Qırmızı dəniz üzərində səmada husilərə məxsus beş pilotsuz uçuş aparatını (PUA) vurub.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
“PUA-lar ABŞ dəniz koalisiyasına və bölgədəki ticarət gəmiçiliyinə təhlükə yaratmaqda idi”, – deyə komandanlığın bəyanatında bildirilib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər ticarət gəmilərinə hücumlarını davam etdirirlər.