Əsas səhifə » ABŞ Pakistanın ballistik raket proqramı ilə əlaqəli 5 şirkətə sanksiya tətbiq edib

ABŞ Pakistanın ballistik raket proqramı ilə əlaqəli 5 şirkətə sanksiya tətbiq edib

Orkhan Qadirzade

Bakı, AzerVoice

ABŞ Pakistanın ballistik raket proqramı çərçivəsində 5 təşkilat və bir şəxsə sanksiya tətbiq edib.

AzerVoice xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Vaşinqton administrasiyası Pakistanın ballistik raket proqramına qarşı sanksiyaları davam etdirir.

ABŞ-ın sanksiya qərarına Pakistanın uzaqmənzilli ballistik raketlərinin hazırlanması və istehsalı ilə məşğul olan Pakistan Milli İnkişaf Korporasiyasıda (NDC) daxildir.

banner

NDC-nin Şahin-3 və Ebabil də daxil olmaqla iri miqyaslı raket mühərriklərinin sınaqdan keçirilməsi üçün avadanlıq təmin etdiyi bildirilir.

ABŞ üç Çin mərkəzli təşkilata və bir Çin vətəndaşına qarşı tətbiq etdiyi sanksiyalara Pakistan mərkəzli başqa bir təşkilatı da daxil edib.

Sanksiyaya məruz qalan şirkətlərin Çin mərkəzli Luo Dongmei, Pakistan mərkəzli “İnnovativ Avadanlıq” olduğu bildirilib.

Xatırladaq ki, aprel ayında ABŞ Dövlət Departamenti Belarus və Çindən olan 4 şirkətə Pakistanın ballistik raket proqramında istifadə olunan materialları tədarük etdiklərinə görə sanksiya tətbiq etmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice