Əsas səhifə » ABŞ Müsəlman Təşkilatları Şurası İsrailə silah embarqosu tətbiq etməyə çağırıb

ABŞ Müsəlman Təşkilatları Şurası İsrailə silah embarqosu tətbiq etməyə çağırıb

Yamin Savalanli

Bakı, AzerVoice

ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) türk əsilli amerikalı vətəndaş fəal Ayşenur Ezgi Eyginin işğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülməsini pisləyib və ABŞ rəsmilərini İsrailə qarşı silah embarqosu tətbiq etməyə çağırıb.

AzerVoice xəbər verir ki, USCMO-nun baş katibi Usamə Camal verdiyi yazılı açıqlamada Bayden administrasiyasını ABŞ vətəndaşlarını qorumaq məsələsində qeyri-səmimi davranmaqda ittiham edib.

Cemal, Bayden administrasiyasının prioritetinin amerikalıların həyatından çox, aparteid İsrail hökumətinə qeyd-şərtsiz silah və maliyyə təmin etmək olduğunu vurğulayıb.

banner

“Bayden, vitse-prezident Kamala Harris və Konqresə seçilmiş hər üzv nəzarətdən çıxan bu İsrail ideoloji insan məhv etmək hərəkatına qarşı tam bir silah embarqosu tətbiq etmək üçün dərhal hərəkətə keçməlidir”,-deyə o qeyd edib.

İsrailin Qəzzada soyqırımını davam etdirərkən müqəddəs torpaqlarda amerikalılara qarşı qırğın törətdiyini ifadə edən Cemal, “Bu hökumət özünün və bu millətin insanlığını xilas etməlidir. Qəzza, İordan çayının qərb sahili və Livan üzərində israillilərə uçuşa qadağa zonalarının yaradılması da daxil olmaqla qəti bir atəşkəs tətbiq etməli və İsrailin Yaxın Şərqdə müharibəni qızışdırmasına qarşı ciddi addımlar atmalıdır, ”, – deyə əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice