Əsas səhifə » ABŞ müdafiə naziri İsrailə səfərini təxirə salıb

ABŞ müdafiə naziri İsrailə səfərini təxirə salıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

ABŞ müdafiə naziri Lloyd Austin İsrail-Livan sərhədində davam edən gərginliyə görə gələn həftə üçün planlaşdırılan İsrail səfərini təxirə salıb.

AzerVoice xəbər verir ki, bu haqda adı açıqlanmayan iki İsrail rəsmisi məlumat verib.

Xatırladaq ki, çərşənbə günü kiberhücum nəticəsində Hizbullah üzvlərinin rabitə vasitələri olan peycerlər partladılmışdı. Baş verən partlayışda 37 nəfər ölüb, 3000-ə yaxın insan yaralanıb. İsrail baş verən hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməsədə Hizbullah İsrail tərəfini günahlandırıb.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice