Əsas səhifə » ABŞ Müdafiə Naziri İsrailə səfər edəcək

ABŞ Müdafiə Naziri İsrailə səfər edəcək

Hafiz Rufizoglu

Bakı, AzerVoice

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hizbullah ilə gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəyi gözlənilir.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-lər paylaşım edib.

Qeyd edilib ki, Lloyd Ostin 22-23 sentyabrda İsrailə səfər edəcək.

banner

Adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Ostinin İsrailə səfərinin gündəminin Hizbullahla gərginlik olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 8-dən sərhəddə İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar gedir.

Təl-Əviv rəhbərliyinin Livana genişmiqyaslı hücuma keçə biləcəyi ilə bağlı xəbərlər getdikcə artır.

İsrailin Livana sızaraq peycerləri partlatması nəticəsində Hizbullahla gərginliyin daha da artdığı bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice