Əsas səhifə » ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

Tasnim İsmixan

Bakı. AzerVoice

ABŞ-də Məxfi Xidmətin rəhbəri Kimberli Çitl istefa verib.

AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, onun istefası ölkənin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinə yol verilməsi fonunda baş verib.

Çitl Konqresdəki dinləmələrdən sonra Trampa qarşı sui-qəsd cəhdinin Məxfi Xidmətin son illərdəki ən böyük uğursuzluğu adlandırıb.

banner

Qeyd edək ki, bir həftə əvvəl Çitl baş verənlərə görə tam məsuliyyət daşıdığını bildirərək istefa verməkdən imtina etmişdi.

Xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice