Əsas səhifə » ABŞ məktəblərində mobil telefon və sosial media qadağan ediləcək

ABŞ məktəblərində mobil telefon və sosial media qadağan ediləcək

Yamin Savalanli

Bakı, VOA

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən dövlət məktəblərində tələbələrə dərs saatlarında mobil telefon və sosial mediadan istifadə qadağası gətiriləcək.

VOA xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti tələbələrin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı təsdiqləyib.

Belə ki, 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

Sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb bölgəsi sayılan Los-Ancelesdə 429 mindən çox şagirdi əhatə edəcək.

banner

Los Angeles Birləşmiş Məktəb Bölgəsi İdarə Heyətinin üzvü Nick Melvoin mövzu ilə bağlı verdiyi açıqlamada, “Düşünürəm ki, biz burada qabaqcıl olacağıq və nəticədə tələbələr, bütün şəhər və ölkə bundan faydalanacaq” -deyə öz fikirlərini ifadə edib.

Bildirilir ki, bu addım dərsdə diqqətin yayınmasının qarşısını almaq və şagirdlərin psixoloji sağlamlığını qorumaq məqsədi daşıyır.

ABŞ-da yerləşən fikir təşkilatı Pew Araşdırma Mərkəzinin 2023-cü ilin payızda həyata keçirdiyi bir anket sorğusuna əsasən, ABŞ-da müəllimlər getdikcə daha çox tələbələrin cib telefonlarından istifadə ilə bağlı problemlərlə üzləşirlər, onların üçdə biri isə telefonun diqqət yayınmasında “sinflərində ciddi bir problem” olduğunu vurğulayır.

Kaliforniya qubernatoru Gavin Newsom ştat üzrə bütün məktəblərdə mobil telefondan istifadənin məhdudlaşdırılması ilə bağlı təşəbbüsləri dəstəklədiyini bildirib.

Newsom, ABŞ Xalq Sağlamlığı Xidmətləri Departamentinin rəhbəri Vivek Murthy-nin məsələ ilə bağlı fikirlərini dəstəklədiyini ifadə edərək, “Sosial media gənclərimizin psixoloji, ruhi sağlamlığına zərər verir” – deyə qeyd edib.

Onu da qeyd edək ki, Murthy dünən verdiyi açıqlamada gənclər arasında psixi sağlamlıqla bağlı “fövqəladə hal” yaşandığını əlavə edərək, sosial media platformalarında tütün və alkoqol məhsullarının üzərindəki kimi təhlükəsizlik xəbərdarlığı etiketlərinin olmasını bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice