Əsas səhifə » ABŞ-li əsir ölümündən əvvəl Bayden və Blinkenə çağırış edib

ABŞ-li əsir ölümündən əvvəl Bayden və Blinkenə çağırış edib

Orkhan Qadirzade

Bakı, AzerVoice

ABŞ-li əsir ölümündən əvvəl Bayden və Blinkeni Qəzzada müharibəni dayandırmağa çağırıb.

AzerVoice xəbər verir ki, Qəzza zolağında ölü tapılan 23 yaşlı Amerika vətəndaşı Herş Qoldberq-Polinin ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə müraciət videosu yayılıb.

Sözügedən video HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram hesabında paylaşılıb. Videonun əsirin ölümündən əvvəl çəkildiyi bildirilir.

banner

Polin videoda “Ey Prezident Bayden və Entoni Blinken, sizdən və bütün Amerika vətəndaşlarından müharibəni dayandırmağınızı və məni dərhal evimə qaytarmanızı xahiş edirəm” – deyib.

Polin videoda, Qəzzayə gəldiyindən bəri tibbi yardım almadığını və az bir qida ilə yaşadığını deyib.

Həmçinin o, “ölkəm davamlı olaraq məni bombalamağa çalışır, səhvlərinin izlərini itirmək istəyirlər”– deyə sözlərinə əlavə edib.

Videonun sonunda Qəssam döyüşçüsü İsrailin hərbi təzyiqlərinin ölüm və uğursuzluqla nəticələnəcəyini bildirib. Həmçinin məhbus mübadiləsi məsələsinə diqqət çəkib.

Xatırladaq ki, İsrail sentyabrın birində Qəzza zolağının Rəfah şəhərində yerləşən tuneldə 6 israilli məhbusun cəsədini tapmışdı.

HƏMAS isə, verdiyi açıqlamada Polin də daxil olmaqla 6 israilli məhbusun İsrailin həyata keçirdiyi hücumda öldüyünü bildirmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice