Əsas səhifə » İran PKK-ya silah dəstəyi göstərib

İran PKK-ya silah dəstəyi göstərib

Yamin Savalanli

Bakı. AzerVoice:

Ötən aylarda PKK-ya 50 kamikadze pilotsuz təyyarə göndərən İran bu dəfə PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib.

AzerVoice xəbər verir ki, bu silahlar Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) vasitəsilə Süleymaniyyə marşrutu üzərindən transfer edilib. Sursatları mülki təyyarə ilə Süleymaniyyə hava limanına endirilən kamikadze pilotsuz təyyarələr Təlabaninin nəzarətində olan KYB vasitəsi ilə PKK-ya çatdırılıb.

PKK-ya təhvil verilən kamikadze dronlarla yanaşı, PUA-ların “erkən” görmək üçün istifadə edilən Rusiya mənşəli termal görmə və geniş bucaqlı hava müşahidə cihazının da olduğu müəyyən edilib.

banner

Hənçinin, İranın terror təşkilatı PKK-ya verdiyi pilotsuz təyyarələrin bəzi hissələrinin Almaniyadan tədarük edildiyi bildirilib. Təhlükəsizlik mənbələri bunların dronların hərəkət qabiliyyətini artırmaq üçün vacib hissələr olduğunu qeyd edib.

Onu da əlavə edək ki, Türkiyə Süleymaniyyə hava limanına uçuş qadağasını daha altı ay uzadıb. Qeyd edək ki, Türk Hava Yolları terror təşkilatı PKK-nın Süleymaniyyədəki varlığını davam etdirməsi və hava limanına sızaraq uçuşları təhlükə altına ala biləcəyi səbəbilə 2023-cü ilin aprel ayında Süleymaniyyəyə uçuşları dayandırmışdı.

Digər Kateqoriyalar

2023 © AzerVoice