Əsas səhifə » ABŞ-ın son seçki sorğu nəticələri açıqlanıb

ABŞ-ın son seçki sorğu nəticələri açıqlanıb

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Amerika Birləşmiş Ştatlarının son seçki sorğusunun nəticələri açıqlanıb.

AzerVoice-nin məlumatına görə, seçki sorğusunun nəticələrində Bayden Trampdan beş xal geri qalıb.

New York Times/Siena Kolleci ilə birgə keçirilən sorğu Demokratlar Partiyası ilə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında son vəziyyəti paylaşıb.

banner

Milli sorğuda iştirak edən seçicilərin 43 faizi noyabrın 5-də Baydenə səs verəcəklərini, digər 48 faiz isə Trampı seçəcəyini bildirib.

2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83 faizi noyabrda ikinci dəfə eyni namizədi dəstəkləyəcəklərini, eyni ildə Trampa səs verənlərin 97 faizi isə yenidən ona səs verəcəklərini qeyd edib.

Məlumat verilib ki, 25-28 fevral tarixləri arasında ölkə səviyyəsində keçirilən sorğuda hər iki partiyadan təsadüfi seçilmiş 980 nəfər qeydiyyatdan keçmiş seçici iştirak edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice